Kılıçdaroğlunun sabiq müşaviri Özəlin komandasında

Kılıçdaroğlunun sabiq müşaviri Özəlin komandasında

Ötən gün Cümhuriyyət Xalq Partiyasının (CHP) növbəti qurultayı keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, Özgür Özəl qurultayda rekord səslə yenidən sədr seçilib.

Onun partiya məclisi üçün təqdim etdiyi əsas heyəti də bəlli olub. Heyətdə bir nəfər xüsusi diqqət çəkib.Belə ki, onlar arasında sabiq sədr Kamal Kılıçdaroğlunun müşaviri Namık Tan da yer alıb.

Qeyd edək ki, Özgür Özəl 60 nəfərlik əsas komandasında keçmiş partiya məclisi üzvlərindən 12-sinə yer verilməyib.Kılıçdaroğlunun sabiq müşavirinin sözügedən siyahıda olması və partiya məclisinə seçilməsi isə maraqla qarşılanıb.

Elmir Mustafa
“Cebheinfo.az”