Tramp amerikalıları rüsumlara görə təşvişə düşməməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp bu gün amerikalıların sakitliyi qorumalarını tövsiyə edib və ölkələrinin qüdrətli olacağına söz verib.
O, bu barədə “Truth Social” şəbəkəsindəki paylaşımında yazıb.
"Zəif olmayın. Axmaq olmayın. Zəif və axmaq insanlar üzərində qurulmuş yeni "Təşviş partiyası" olmayın. Güclü, cəsarətli və səbirli olun. Nəticə əzəmət olacaq", - o qeyd edib.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxal olunan məhsullara rüsumların tətbiq edildiyini elan edib.
"Cebheinfo.az"