2000 nəfər bir gecədə işdən çıxarılacaq

"Microsoft” şirkətinin Çindəki birgə müəssisəsi olan "Wicresoft" aprelin 9-u axşamdan etibarən fəaliyyətini dayandıracaq.
Bu, təxminən 2000 işçinin işdən çıxarılmasına səbəb olacaq.
"Cebheinfo.az" Çinin "Caijing" nəşrinə istinadən bildirir ki, bu qərar "Microsoft"-un Çində satış sonrası dəstəyi "Wicresoft"-a verməyi dayandırması ilə əlaqədardır.
Bu addım " Windows" və "Office" məhsullarından Çin istifadəçilərinin necə istifadə edəcəyi ilə bağlı suallar doğurur. "Wicresoft" isə bu barədə hər hansı bir şərh verməyib. "Microsoft"-un Çin bazarından çıxması Vaşinqton və Pekin arasındakı artan siyasi və ticarət gərginliyi, eləcə də Çinli rəqiblərdən, məsələn, "Kingsoft"-dan olan sərt rəqabət fonunda baş verir.
Qeyd edək ki, İT xidmətləri təchizatçısı "Shanghai Wicresoft Co. Ltd." 2002-ci ildə “Microsoft”-un Çindəki ilk birgə müəssisəsi kimi təsis edilib və ABŞ, Avropa və Yaponiyada fəaliyyət göstərir.
Şirkətin ümumi işçi sayı 10.000-dən çoxdur. Bu ilin əvvəlində Microsoft, Şanxayda "İnternet of Things" və Süni İntellekt texnologiyalarının inkişafı ilə məşğul olan laboratoriyasını bağladığını bildirib.
Səbinə Uğur
"Cebheinfo.az"