Bu şirkət unun qiymətini qaldırdı

Bu şirkət unun qiymətini qaldırdı

"ATS MİLL" MMC unun topdan satış qiymətini artırıb. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, MMC aprelin 3-dən 50 kiloqramlıq unun kisəsinin qiymətini 27,35 qəpiyə qaldırıb. Bundan əvvəl, yəni martın 17-də şirkət 50 kiloqramlıq unu 27.10 manata təklif edirdi. Başqa sözlə, şirkət unun qiymətini 1,5% və ya 25 qəpik artırıb. 

Qeyd edək ki, son açıqlanan məlumatlara görə, Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat arasında dəyişir. Ölkə üzrə digər un satışı ilə məşğul olan şirkətlərin təklif etdiyi qiymətlərdə isə hər hansı bir dəyişiklik qeydə alınmayıb. 

Xatırladaq ki, "ATS MİLL" MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 28,3 milyon manat, qanuni təmsilçisi isə Maşallah Saleh Oğlu Tağıyevdir.  MMC “Agro Dairy” şirkətlər qrupuna daxildir.

"Cebheinfo.az"