Kreml dünya neft bazarında vəziyyəti qeyri-sabit adlandırıb

Kreml dünya neft bazarında vəziyyəti qeyri-sabit adlandırıb

Dünya neft bazarında vəziyyət son dərəcə qeyri-sabitdir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu, qeyri-sabitlik ABŞ-nin dünyanın əksər ölkələrinə rüsum tətbiq etmək qərarı ilə bağlıdır.

Peskov Rusiya hakimiyyətinin vəziyyəti diqqətlə izlədiyini söyləyib.

"Bu, büdcəmizi doldurmaq üçün çox vacib olan göstəricidir. Biz hazırda son dərəcə qeyri-sabit, gərgin və emosional yüklənmə ilə xarakterizə olunan vəziyyəti diqqətlə izləyirik. Bu, ABŞ-nin dünyanın əksər ölkələri üçün rüsumlar tətbiq etmək qərarı ilə bağlıdır", - deyə Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 10:08-ə olan birja məlumatlarına əsasən, Londonun ICE birjasında "Brent" markalı neftin 2025-ci ilin iyun ayı üçün fyuçerslərinin qiyməti 12 aprel 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 63 dollardan aşağı düşüb.

"Cebheinfo.az"