Neft ucuzlaşsa da, oyun bitməyib: Büdcəyə ciddi fəsad yaradacaq?

“Hazırda neft qiymətinin büdcədə nəzərədə tutulan 70 dollardan aşağı olması haqlı narahatlıq yaradır. Amma mövcud vəziyyət 2 səbəbdən elə də qorxulu deyil”.
“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O, bunun səbəblərini sadalayıb:
“Birincisi, 2025-ci ilin 1-ci rübündə Azərbaycan neftinin orta ixrac qiyməti 77 dollar olub. Bu, o deməkdir ki, əgər 2-ci rübdə orta qiymət 63 dollar olarsa, yarımillik orta qiymət elə büdcədə nəzərdə tutulan 70 dollara bərabər olacaq.Yəni ilin ilk yarısında maliyyə tarazlığı hələlik pozulmayacaq.
İkincisi, ABŞ-də Prezident Donald Trampın tarif siyasətinin uğurlu olmadığı artıq öz təsdiqini tapdığı kimi, onun neft qiymətlərini aşağı salmaq üçün atdığı addımların da uzunmüddətli effekt verməyəcəyi artıq görünməkdədir”.
Ekspertin fikrincə, bu baxımdan, enerji bazarlarında qiymətlərin Azərbaycan büdcəsində ciddi fəsadlar yaradacaq səviyyədə kəskin və davamlı ucuzlaşacağını gözləmir.
Xəzər
“Cebheinfo.az”