Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadılıb

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadılıb

Bakının Xəzər rayonunun Qala qəsəbəsində Xaşaxuna massivi sakinlərinin müraciətləri nəzərə alınaraq, 141E nömrəli müntəzəm marşrutun hərəkət sxemi bir istiqamət üzrə 4 kilometr uzadılıb.

"Cebheinfo.az" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Dəyişiklik nəticəsində "Koroğlu" NMM - Qala qəsəbəsi istiqamətində sərnişinlərin ictimai nəqliyyata çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.

"Cebheinfo.az"