HƏMAS-ın "Şücaiyyə" batalyonunun daha bir komandirini öldürülüb

İsrail Müdafiə Qüvvələri (IDF) hərbi əməliyyatların başladığı 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağının şimalında HƏMAS-ın "Şücaiyyə" batalyonunun sayca beşinci komandirini məhv edib.
Bu barədə IDF-in mətbuat xidmətindən bildirilib.
"Bazar günü İsrail ordusunun Şücaiyyə rayonuna hücumu nəticəsində terrorçu Məhəmməd əl-Aclah öldürülüb. "Şücaiyyə" batalyonunun ötən həftə öldürülmüş komandiri Haytam Xəlilin varisi olan Əl-Aclah müharibənin başlanğıcından bəri batalyonun məhv edilmiş beşinci komandiri və Qəzza zolağında əməliyyatların yenidən başlanmasından bəri (2025-ci ilin mart ayı) isə zərərsizləşdirilmiş üçüncü komandiridir", - məlumatda qeyd olunub.
"Cebheinfo.az"