Bakıda gözlənilən hadisə haqqında növbəti XƏBƏRDARLIQ

Bakıda gözlənilən hadisə haqqında növbəti XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 15-dən 16-na keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. 

Aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.
Aprelin 17-si səhər yağıntılar kəsiləcək. 

"Cebheinfo.az"