Daha bir tiktokerin həbs müddəti uzadıldı

Daha bir tiktokerin həbs müddəti uzadıldı

"TikTok" əməliyyatları nəticəsində saxlanılan "Rosh life" ləqəbli  tiktoker Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində təqsirləndirilən şəxsin həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

"Cebheinfo.az"