Bulvarda dənizdə meyit tapıldı

Bulvarda dənizdə meyit tapıldı

Aprelin 14-də Dənizkənarı Milli Park yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 1 nəfərin axtarışları yekunlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

"Cebheinfo.az"