Bayden Ağ Evdən getdikdən sonra ilk dəfə ÇIXIŞ EDƏCƏK

ABŞ-nin keçmiş prezidenti Co Bayden bu gün Çikaqoda əlilliyi müdafiə edənlər, məsləhətçilər və xidmət nümayəndələrinin milli konfransında Oval Ofisi tərk etdikdən sonra ilk ictimai çıxışını edəcək.
“Cebheinfo.az” bu barədə “NBC News”-a istinadən xəbər verir.
Konfransda Baydenə respublikaçı Roy Blant, keçmiş senator Debbi Stabenou və keçmiş qubernator və sosial təminat inzibatçısı Martin O'Malley qatılacaq.
Xatırladaq ki, Co Bayden ABŞ-nin vitse-prezidenti Kamala Harrisə güzəştə gedərək, prezidentlik yarışından imtina edib. Harris isə Donald Trampa qarşı prezidentlik uğrunda mübarizədə sarsıdıcı məğlubiyyətə uğrayıb.
Xəzər
“Cebheinfo.az”