“1939-cu il deyil, 2025-ci ildir” - Fitso

“1939-cu il deyil, 2025-ci ildir” - Fitso

Slovakiyanın Baş naziri Robert Fitso Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatlarına baxmayaraq, mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılacağını bildirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Mayın 9-da Moskvaya gedirəm. Xanım Kallasın xəbərdarlığı şantajdır, yoxsa Moskvadan qayıdanda cəzalandırılacağıma dair elandır? Bilmirəm, amma bilirəm ki, 1939-cu il deyil, 2025-ci ildir”, - o qeyd edib.

"Cebheinfo.az"