HƏMAS Qəzzada atəşkəs təklifi ilə razılaşıb

HƏMAS Qəzzada atəşkəs təklifi ilə razılaşıb

HƏMAS rəhbərliyi Qəzzada atəşkəs təklifini qəbul etdiklərini, lakin müqavimətin silahlardan imtina məsələsinin “qırmızı xətt” olduğunu bıyan edib. 

“Cebheinfo.az” xəbər verir ki, HƏMAS lideri Sami Əbu Zuhri Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması üçün davam edən danışıqlar barədə “Əl-Cəzirə” telekanalına danışıb.

“Yeni təklifində işğalçı İsrail müharibəni dayandırmaq öhdəliyi götürmür, o, yalnız əsirləri götürmək istəyir”, - deyə HƏMAS lideri bildirib.

“Bizə təqdim olunan təklif İsrailin təklifidir və danışıqların ikinci mərhələsi kontekstində ilk dəfə olaraq müqavimətin tərksilah edilməsini nəzərdə tutur” - deyən Əbu Zuhri adıçəkilən hərəkatın silahlarını yerə qoymayacağının vurğulayıb: “Müqavimətin silahları milyon dəfə “izim “qırmızı xətt”imizdir, onları yerə qoymaq bir yana, dincəlmək belə müzakirə mövzusu deyil”.

Əbu Zuhri Qəzzaya hücumların dayandırılması və İsrail ordusunun Qəzzadan çıxarılması müqabilində bütün israilli məhbusları təhvil verməyə hazır olduqlarını bildirib.

HƏMAS rəsmisi bildirib ki, Netanyahu öz siyasi gələcəyi üçün çalışır və Tramp onun qəzzalıların öldürülməsində ortağıdır.

ABŞ Prezidenti Donald Trampın mayın ortalarında Yaxın Şərqə planlaşdırdığı səfərə toxunan Əbu Zuhri deyib:

“Trampın bölgəyə səfəri müsbət qarşılanmamalıdır. Çünki onun əlində qəzzalı qadınların və uşaqların qanı var”.

Əbu Zuhri HƏMAS-ın təslim olmayacağını vurğulayıb: 

“Xalqımızın iradəsinin qırılmasına heç vaxt icazə verməyəcəyik. HƏMAS təslim olmayacaq, ağ bayraq qaldırmayacaq və işğalçı İsrailə qarşı hər cür təzyiq vasitəsinə əl atacaq”.

Qəzzada baş verənləri “dəlilik” kimi xarakterizə edən Əbu Zuhri buna ancaq oxşar şəkildə cavab verilə biləcəyini qeyd edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”