Azərbaycanın istehsal etdiyi avtomobillərin sayı açıqlanıb

Azərbaycanın istehsal etdiyi avtomobillərin sayı açıqlanıb

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 1302 ədəd minik avtomobili, 28 ədəd isə yük avtomobili istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 2.1 dəfə artıb, yük avtomobili istehsalı isə 86% azalıb.

Qeyd edək ki, cari ilin aprel ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 134 ədəd minik, 15 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 124 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.3% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.

"Cebheinfo.az"