Məşhur aktrisa Hollivudla vidalaşır - FOTOLAR

İki dəfə Oskar mükafatı qazanan Keyt Blanşet aktyorluğu tərk etməyə hazırlaşır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 illik karyerası ilə milyonların sevimlisinə çevrilən avstraliyalı ulduz Hollivuda vida etməyi düşündüyünü bildirib.
“Həyatımda etmək istədiyim başqa işlər var”, - o deyib.
Blanşet hələ də şöhrətə tam öyrəşmədiyini, illərlə diqqət mərkəzində olmaqla mübarizə apardığını qeyd edib.
“Rahat hiss etmək üçün bir ömür sərf etdim”, - aktrisa qeyd edib.
"Cebheinfo.az"