Hulusi Akar: "Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır"

Azərbaycan Ordusunun, onun şəxsi heyəti və hərbi personalının Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar parlamentdə jurnalistlərə açıqlamasında deyib.
Komitə sədri xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini dəstəkləyir:
"Azərbaycanın dövlət başçısının dediyi kimi, artıq "bir millət, iki dövlət" yox, "bir millət, üç dövlət"ik. Bundan əlavə, bir millət olmaqla yanaşı, həm də bir orduyuq. Ona görə də Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalı, əməkdaşlığı gücləndirməlidirlər. Bunun üçün birgə hərbi təlimlərin keçirilməsi şərtdir".
"Cebheinfo.az"