İsa Rüstəmov Avropa çempionatında üç medal qazandı

Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.
"Cebheinfo.az" xəbər verir ki, atletimiz birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.
Təkanla qaldırma hərəkətində 170 kq ağırlığı başı üzərinə qaldıran İsa bu dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Toplamda 308 kq nəticəyə imza atan idmançımız yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.
"Cebheinfo.az"