Zelenski onu vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski, Sumı vilayətinin rəhbəri Volodimir Artyuxu vəzifəsindən azad edib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Sumı vilayətinə yeni rəhbər, Luqansk vilayətinin polis rəisi İqor Qriqorov təyin olunub.
Volodimir Artyuxu şəhərdə iri həcmli raket hücumu nəticəsində baş verən faciədə ictimaiyət tərəfindən məsuliyyətsizlikdə ittiham olunub.
Qeyd edək ki, aprelin 13-də baş verən hücum ərəfəsində Sumıda hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı tədbir keçirən Volodimir Artyux hücum təhlükəsinə məhəl qoymamaqda ittiham olunub.
"Cebheinfo.az"