54 minlik oğurluq: 4 nəfər tutuldu

Binə qəsəbəsində marketlərdən 54 min manat dəyərində naqil oğurlayan şəxslər saxlanılıb.
"Cebheinfo.az" DİN-ə istinadən xəbər verir ki, oğurluğu törədən şəxslərin əvvəllər hər ikisi məhkum olunmuş 22 yaşlı Asif Pirimov ilə 24 yaşlı Kənan Cəfərov, 23 yaşlı İbrahim Nuriyev və 18 yaşlı Mirəhəd Əliyev olduqları müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
"Cebheinfo.az"