Partlayışda 3 polis ölüb: 19-u yaralanıb

Partlayışda 3 polis ölüb: 19-u yaralanıb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində bombalı hücum nəticəsində 3 polis əməkdaşı ölüb, 19 nəfər yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, regional hökumət rəsmisi Şahid Rind Bəlucistan əyalətinin Məstuk rayonunda bombalı hücumun baş verdiyini təsdiqləyib:

“Təhlükəsizlik işçilərini daşıyan avtomobilə pusquya salınaraq həyata keçirilən hücumda 3 polis məmuru ölüb, 19 nəfər yaralanıb”. 

Pakistanın Baş naziri Şahbaz Şərif hücumu pisləyib və "terrorla mübarizəni" davam etdirəcəklərini vurğulayıb.

Milli mediada hücumun Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən həyata keçirilə biləcəyi iddia edilib.

Digər tərəfdən bu silahlı şəxslərin Hayber Paxtunxva əyalətinin Dera İslamil Xan rayonunda iki poliomielit mütəxəssisini oğurladığı bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"