Ucarda xəstə narkozdan sonra komaya düşüb

Ucarda xəstə narkozdan sonra komaya düşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.
Səhhətində yaranmış problemlə əlaqədar olaraq xəstəxanaya müraciət edən rayonun Qazyan kənd sakini, 1999- cu il təvəllüdlü Sübhan İlham oğlu Hüseynova bel nahiyyəsində olan dermoid kistadan əməliyyat olunması məsləhət bilinib.
Xəstəyə həkimlər tərəfindən verilən narkozdan sonra o, kamotoz vəziyyətində reanimasiyya şöbəsinə yerləşdirilib.
Məlumata görə, xəstə hələ kamotoz vəziyyətdədir.
"Cebheinfo.az"