"Unibank"ın xalis mənfəəti 62 faiz azalıb

"Unibank"ın xalis mənfəəti 62 faiz azalıb

"Unibank" 2025-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

Birinci rübdə bankın faiz gəlirləri 3,6 faiz artaraq 58 milyon 26 min manata çatıb. Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində müşahidə olunub.

Bununla yanaşı bankın fazi xərcləri də yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 22 milyon 75 min manata yüksəlib. Depozitlər üzrə faiz ödənişləri və cəlb edilmiş kreditlərə görə faizlərdə baş verən artım bu xərcin yüksəlməsinə səbəb olub.

Artan faiz xərclərinə baxmayaraq bankın xalis faiz gəliri 34 milyon 200 min manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz azalma deməkdir.

Bankın qeyri-faiz gəlirləri 27 milyon 219 min manat təşkil edib. Ötən illə müqayisədə 11,6 faiz artım artım əsasən xidmətlərdən əldə olunan haqq və komissiya gəlirlərinin artması ilə bağlı ola bilər. 

"Unibank"-ın qeyri-faiz xərcləri 49 milyon 458 min manat olmaqla keçən ilin birinci rübü ilə müqayisədə  12,4 faiz artıb.

Bunun nəticəsində bankın əməliyyat mənfəəti 16 milyon 337 min manatdan 11 milyon 961 min manata qədər azalıb. 26,8 faizlik azalma bankın əməliyyat səmərəliliyində zəifləmə olduğunu göstərir.

Bu ilin birinci rübündə bank 785 min manat mənfəət vergisi ödəyib. Son nəticədə bankın xalis mənfəəti 2 milyon 800 min manata düşüb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 61,9 faiz azalma deməkdir və ümumi maliyyə vəziyyətində ciddi zəifləmə olduğunu göstərir.

"Cebheinfo.az"