Sabiq baş nazir vəfat etdi

Sabiq baş nazir vəfat etdi

Malayziyanın keçmiş baş naziri Abdullah Əhməd Bədəvi 85 yaşında vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, ailəsi və həkimləri bildiriblər ki, Bədəvi bazar ertəsi yerli vaxtla saat 19:10-da paytaxt Kuala-Lumpurda Milli Ürək İnstitutunda dünyasını dəyişib.

Onun qaynı və keçmiş səhiyyə naziri Kari Cemalettin İnstaqram səhifəsində ölüm səbəbini qeyd etməyib.

Bədəvi bazar günü nəfəs darlığı şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan onun reanimasiyaya aparıldığı və bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdiyi açıqlanıb.

Xəstəxananın açıqlamasında deyilir:

“Bütün səylərə baxmayaraq, Abdullah sevdiklərinin yanında dinc şəkildə dünyasını dəyişdi".

Nigar Hacılı 
"Cebheinfo.az"