Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən qarşısında Türkiyəni görəcək

Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib.
O bildirib ki, artıq Suriyada yeni mərhələ başlayıb:
“Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək”.
Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə IV Antalya Diplomatiya Forumunda Suriya və Qəzza başda olmaqla regional məsələlərlə bağlı konkret mövqe ortaya qoyub:
“Fələstin xalqının yanında olduğumuzu bütün dünyaya bəyan etdik. Suriyadakı mənafeyimizin qorunması ilə bağlı tərəddüd etməyəcəyimizi təkrar etdik. Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda başa çatması üçün əlimizdən gələni edəcəyimizi diqqətə çatdırdıq”.
"Cebheinfo.az"