Əvəz Zeynallının azad edilməsi üçün məhkəməyə müraciət olundu

Jurnalist Əvəz Zeynallının cəzadan azad edilməsi üçün məhkəməyə müraciət olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkili Rəşad Vaqifoğlu məlumat verib.
Ərizə Nizami Rayon Məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, məhkum ağır xəstəliyə tutulduqda cəza çəkmədən azad edilə bilər.
"Cebheinfo.az"