"Mançester Yunayted" onlarla yolları ayırır

İngiltərənin "Mançester Yunayted" klubu yay transfer dönəmində 39 yaşlı qapıçı Tom Hiton və 37 yaşlı müdafiəçi Conni Evans ilə yollarını ayıracaq.
"Report" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onların hər ikisinin müqaviləsinin müddəti iyunun 30-da başa çatır.
"Qırmızı şeytanlar"ın yetirməsi olan C.Evans 2015-ci ilədək komandada çıxış edib və 2023-cü ildə kluba qayıdıb. O, bu mövsüm 12 oyunda 1 qolla yadda qalıb. T.Hiton da klubun yetirməsidir. Qolkiper 2010-cu ildə ayrılsa da, 9 ildən sonra geri dönüb.
"Cebheinfo.az"