İkardi məşqlərə başladı

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi məşqlərə başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə futbolçu özü paylaşım edib.
O, paylaşımına "4 ay sonra meydanlara qayıtdım" sözlərini yazıb. Kilo aldığı diqqətlərdən qaçmayan ulduz Argentinada həkim nəzarətində məşqlərə başlayıb.
Qeyd edək ki, İkardi bu mövsüm meydana çıxdığı 14 matçda 6 qol vurub, 2 məhsuldar ötürmə edib. O, UEFA Avropa Liqasındakı "Tottenhem" matçında zədələnib və mövsümü erkən başa vurub.
Elmir
"Cebheinfo.az"