Boksçularımız beynəlxalq turnirin finalında - FOTOLAR

Boksçularımız beynəlxalq turnirin finalında - FOTOLAR

Azərbaycanın 11 boksçusu Bakıda təşkil olunan "Böyük İpək Yolu" turnirində finala yüksəlib.

"Cebheinfo.az" Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, kişi boksçuların mübarizəsində Sübhan Məmmədov, Nicat Hüseynov, Məhəmmədəli Qasımzadə, Nəbi İsgəndərov, Seidcəmşid Cəfərov, Murad Allahverdiyev, Alfonso Dominqes və Məhəmməd Abdullayev yarımfinal döyüşlərini qələbə ilə başa vurublar.

Şamil Əsgərov, Tağı Nəsibov, Ruslan Rüstəmov və Məmməd Quliyev finala vəsiqə qazana bilmədikləri üçün bürünc medalla kifayətləniblər.

Qadın boksçuların yarışında Marjona Savriyeva, Zeynəb Rəhimova və Aynur Rzayeva qalib gələrək həlledici görüşə vəsiqə qazanıblar.

Anaxanım İsmayılova, Bəhriyyə İbrahimova və Aynur Mikayılova isə yarımfinal səddini keçə bilmədikləri üçün üçüncü yeri tutublar.

Kişilər

48 kq

Sübhan Məmmədov (Azərbaycan) – Nurqisa Turabekov (Qazaxıstan) 5:0

Baxruz Xoldorov (Özbəkistan) – Sahil Allahverdovi (Gürcüstan) 1:4

51 kq

Nicat Hüseynov (Azərbaycan) – Meroy Sufiyonov (Tacikistan) 3:2

Davit Çaparidze (Gürcüstan) – Bair Batlayev (Rusiya) 2:3

54 kq

Maksim Kuznetsov (Rusiya) – Jandavlet Sarsenbayev (Qazaxıstan) 5:0

Baqslan Kenjebek (Qazaxıstan) – Şaxzod Muzaffarov (Özbəkistan) 4:1

57 kq

Xusravxon Raximov (Tacikistan) – Nodirbek Allaberqanov 1:4

Yerxan Turdan (Qazaxıstan) – Eduard Savvin (Rusiya) – birinci döyüşə gəlməyib

60 kq

Şamil Əsgərov (Azərbaycan) – Məhəmmədəli Qasımzadə (Azərbaycan) 2:3

Tağı Nəsibov (Azərbaycan) – Vsevolod Şumkov (Rusiya) 0:5

63,5 kq

Ruslan Qafurov (Tacikistan) – Sayat İlyasov (Özbəkistan) 1:4

Ruslan Rüstəmov (Azərbaycan) – Sandan Sandanov (Rusiya) 2:3

67 kq

Nəbi İsgəndərov (Azərbaycan) – Dulat Bekbayov (Qazaxıstan) – ikinci döyüşə gəlməyib

Assilxan Koşerbay (Qazaxıstan) – Yevgeni Kul (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib

71 kq

Sardor Abdumutaliyev (Özbəkistan) – Nurbek Mursal (Qazaxıstan) 0:5

Bekzod Xamidov (Özbəkistan) – İqor Sviridçenkov (Rusiya) 0:5

75 kq

Seidcəmşid Cəfərov (Azərbaycan) – Giorgi Natroşvili (Gürcüstan) 5:0

Sanjar-Ali Beqaliyev (Qazaxıstan) – Amin Kuşkov (Rusiya) 4:1

80 kq

Murad Allahverdiyev (Azərbaycan) – Saqin Uulu Satibaldi (Qırğızıstan) – birinci döyüşə gəlməyib

Anvar Nasredinov (Kamboca) – İlyas Maqomedov (Rusiya) 0:5

86 kq

Casurbek Yuldaşev (Özbəkistan) – Davren Mamir (Qazaxıstan) 5:0

Məmməd Quliyev (Azərbaycan) – Timur Qamzatov (Rusiya) – birinci döyüşə gəlməyib

92 kq

Alfonso Dominqes (Azərbaycan) – Giorgi Tçikladze (Gürcüstan) 4:1

İrakli Alanidze (Gürcüstan) – Ramazan Dadayev (Rusiya) 0:5

+92 kq

Məhəmməd Abdullayev (Azərbaycan) – Mirzakir Koşaliyev (Qırğızıstan) 5:0

Nikoloz Beqadze (Gürcütan) – David Surov (Rusiya) – birinci döyüşə gəlməyib

Qadınlar

48 kq

Anaxanım İsmayılova (Azərbaycan) – Jasmin Tahirova (Özbəkistan) 0:3

Liya Patlay (Rusiya) – Gulnaz Buribayeva (Qazaxıstan) 5:0

50 kq

Marjona Savriyeva (Azərbaycan) – Karina Korobova (Rusiya) 3:2

Elyanur Turqanova (Qazaxıstan) – Sabina Babakulova (Özbəkistan) 0:5

52 kq

Valeriya Linkova (Rusiya) – Anja Sadvakassova (Qazaxıstan) 0:5

Tomiris Mirzakul (Qazaxıstan) – Zeynəb Rəhimova (Azərbaycan) 0:5

54 kq

Bəhriyyə İbrahimova (Azərbaycan) – Elina Bazarova (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

Simbat Alaskar (Qazaxıstan) – Darya Panteleyeva (Rusiya) 0:5

57 kq

Aynur Mikayılova (Azərbaycan) – Viktoriya Baydukova (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

Uzukkjamol Yunusova (Özbəkistan) – Darya Abramova (Rusiya) 0:5

70 kq

Aziza İssina (Qazaxıstan) – Angelina Vitova (Rusiya) 0:5

Epelle Mbata (İBA) – Oyşa Toirova (Özbəkistan) 4:1

+81 kq

Dina İslambekova (Qazaxıstan) – Aynur Rzayeva (Azərbaycan) 1:4

Oltinoy Sotimboyeva (Özbəkistan) – Kseniya Olifirenko (Rusiya) 0:5

Qeyd edək ki, 9 ölkə millisinin qatıldığı turnirin qaliblərinin adı bu gün müəyyənləşəcək.

"Cebheinfo.az"