Kəlbəcərdə maşın aşdı: Qadın hərbçi öldü - FOTO

Kəlbəcərdə maşın aşdı: Qadın hərbçi öldü - FOTO

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

Hadisənin təfərrüatları araşdırılır.

Əldə etdiyimiz məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.

 

"Cebheinfo.az"