Husilər açıqladı: 123 nəfər ölüb

Yəməndəki Husi rejimi martın 16-dan bəri ABŞ-nin hücumları nəticəsində 123 dinc sakinin öldüyünü, 247 nəfərin isə yaralandığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, husilərin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada paytaxt Sənanın Beni Matar rayonunun Metna bölgəsindəki Suvari Keramika Zavoduna edilən hücumda 6 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.
Hücumda 5-i uşaq, 1-i qadın olmaqla 30 nəfər yaralanıb.
Husi administrasiyası bu hücumu “ABŞ-İsrail qüvvələri tərəfindən törədilən yeni müharibə cinayəti” kimi qiymətləndirib.
Beynəlxalq hüquqa zidd olduğu vurğulanan hücumların martın 16-dan aprelin 14-dək həyata keçirildiyi vurğulanıb.
Bəyanatda mülki şəxslərə birbaşa hücum və infrastrukturun məhv edilməsinə görə ABŞ rəhbərliyinin məsuliyyət daşıdığı bildirilib.
Husilər ərəb və islam xalqlarını və insan haqları təşkilatlarını ABŞ-nin hücumlarına reaksiya verməyə çağırıb.
Nigar Hacılı
"Cebheinfo.az"