Xanlar Vəliyev kollektivə təqdim olundu

Xanlar Vəliyev kollektivə təqdim olundu

Aprelin 14-də Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması və Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib.

Bu barədə "Cebheinfo.az"a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib. 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

Daha sonra sədr yeni təyin olunmuş hakimi kollektivə təqdim edərək bu təyinatın rəhbərlik etdiyi qurum üçün önəmini vurğulayıb və Xanlar Vəliyevi təbrik edərək ona gələcək hakim fəaliyyətində uğurlar arzulayıb.

Xanlar Vəliyev ona göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, gələcək hakim fəaliyyətində Konstitusiyanın aliliyinin təmin edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

"Cebheinfo.az"