Əməkdar artist: "Biznesimi bölmüşəm"

“Dostumuz Elgiz Əkbərin verilişində həmkarım, Əməkdar artist Rühəngiz Allahverdiyeva dedi ki, şou-biznesin ən varlı xanımı Nüşabə Ələsgərlidir. Məncə, elə deyil”.
"Cebheinfo.az" olay-a istinadən xəbər verir ki, bunu Nüşabə Ələsgərli “Həftənin qonağı” verilişində deyib.
Əməkdar artist bildirib ki, hazırda biznesi yoxdur:
“Mənim evim də var, bağım da. Əvvəllər biznesim daha çox idi. Amma indi elə də biznesim yoxdur. Sadəcə Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi işləyirəm. Məclislər olanda gedirəm. Başqa gəlirim yoxdur. Əvvəllər bir neçə gözəllik salonum var idi. Onları kirayə vermişdim. Sonra onları da satdım və uşaqlarıma verdim. Hər kəs oradan öz payını götürdü.
Bəli, o payı indidən bölmək lazımdır. Həyatdır... Heç bir saniyə və dəqiqəyə zəmanət yoxdur. Düşünürəm ki, bunu gec başa düşmüşəm. Bilirdim... Amma bir insanın bilməsi başqa şeydir, dərk etməsi başqa. Mən bir az gec dərk etdim”. (olay)
"Cebheinfo.az"