İranlı nazir Moskvaya hesabat verməyə gedir

İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə Moskvaya səfər etməyi planlaşdırır.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
“Cebheinfo.az” "Mehr"-ə istinadən xəbər verir ki, Əraqçinin Moskvaya səfərinin əvvəlcədən planlaşdırıldığını deyən Baqai xarici işlər naziri Vaşinqtonla danışıqları ilə bağlı ruslarla da məsləhətləşmələr aparacağını deyib.
“Əraqçi bu həftənin sonunda Moskvaya əvvəlcədən planlaşdırılan səfər edəcək və bu fürsətdən Maskatdakı danışıqlarla bağlı son hadisələri müzakirə etmək üçün istifadə edəcək”, -o deyib.
Xəzər
“Cebheinfo.az”