Bu terror təşkilatı Yunanıstanda yenidən fəallaşıb

2019-cu ildə Yunanıstanda fəaliyyətini dayandıran silahlı təşkilat yenidən gündəmə gəlib.
"Cebheinfo.az" xəbər verir ki, keçən həftə Yunanıstan Dəmir Yollarına bombalı hücumu həyata keçirdiklərini açıqlayan qrup Yunan polisini hərəkətə keçirib.
“Revolutionary Class Self” adlı qrup aprelin 11-də Afinada yerləşən şirkətdə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Qrup hücumun 2023-cü ildə 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzasına cavab olduğunu iddia edib.Bəyanat bazar günü Afinada yerləşən “Indymedia” saytında dərc olunub.Qrup həm dəmir yolu xəttinin baxımsızlığına, həm də dövlət infrastrukturunun özəlləşdirilməsinə cavab olaraq toplaşdığını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"