Bakıda motosiklet qaçırıldı

Nizami rayonu Q.Qarayev küçəsində bir nəfərin “Hauji” markalı motosikletinin qaçırılması barədə polisə məlumat daxil olub.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı S.Abdullayev müəyyən olunaraq saxlanlılıb.
"Cebheinfo.az"