Oktay Kaynarca ölümünün 21-ci ilində “Çakır”ı belə andı - FOTO

Bu gün Türkiyənin əfsanəvi seriallarından olan “Kurtlar Vadisi”nin unudulmaz obrazlarından “Süleyman Çakır”ın “vəfatı”nın 21-ci öldönümüdür.
“Cebheinfo.az” xəbər verir ki, hər dəfə olduğu kimi bu ildə onun ildönümü ilə bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşım edilib. “Süleyman Çakır” obrazına həyat vermiş aktyor Oktay Kaynarca da bu paylaşımlara biganə qalmayıb. O da “Instagram”da “Çakır”ın fotosunu paylaşıb. Sənətçi əfsanəvi obrazı belə yad edib:
“Vəfatının 21-ci ildönümündə mərhuma rəhmət, sevənlərinə başsağlığı diləklərimlə...”
Elmir Mustafa
“Cebheinfo.az”