Qırğızıstan Rusiyaya nota verdi: Münasibət pisləşir

Qırğızıstan Rusiyaya nota verdi: Münasibət pisləşir

Rusiya səfiri Sergey Vakunov Qırğızıstan Xarici İşlər Nazirliyinə dəvət olunub. 

“Cebheinfo.az” “24KG”-yə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

2025-ci il aprelin 11-də Moskvanın Bodrost hamam kompleksində Qırğızıstan vətəndaşlarının kütləvi saxlanması ilə əlaqədar aprelin 14-də xarici işlər nazirinin müavini Almaz İmanqaziyevlə Rusiya səfiri Vakunov arasında görüş keçirilib.

Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın, habelə vətəndaşlara qarşı güc tətbiqinin əsasları barədə məlumatın verilməsi və güc tətbiqinin əsassız olduğu halda, bu hadisə ilə bağlı Moskva hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlərin görülməsi xahişi ilə rəsmi nota verilib.

Qırğızıstan vətəndaşlarının hüquqlarının müdafiəsi və gələcəkdə Qırğızıstan-Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə biləcək oxşar halların qarşısının alınması üçün təsirli tədbirlərin görülməsi xahiş edilib.

Saytın məlumatına görə, aprelin 10-da Moskvadakı Bodrost” hamamında yerli və Qırğızıstan vətəndaşlarının “zorakılıq tətbiqi ilə” kütləvi saxlanması baş verib.

Xəzər
“Cebheinfo.az”