Luka Modriç İngiltərə klubunun sahiblərindən biri olacaq

İspaniyanın "Real" (Madrid) və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç İngiltərənin Çempionşip təmsilçisi "Suonsi"nin sahiblərindən biri olacaq.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.
Mənbənin sözlərinə görə, artıq sövdələşmə razılaşdırılıb və 39 yaşlı futbolçu Uels klubunun sahiblərindən birinə çevriləcək.
Sözgüedən müqavilə Modriçin "Real"dakı çıxışına təsir göstərməyəcək və o, peşəkar karyerasına davam edəcək.
Qeyd edək ki, "Suonsi" Çempionşipdə 54 xalla 12-ci sırada yer alıb.
"Cebheinfo.az"