Astarada 3-cü sinif şagirdi itkin düşüb

Astarada 3-cü sinif şagirdi itkin düşüb

Astarada 3-cü sinif şagirdi itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir.

Faktla bağlı polisə məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, axtarış elan olunub. Azyaşlının tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

"Cebheinfo.az"