Pərvin Abıyeva: “Bəlkə də 200 min olar...”

Aktrisa Prəvin Abıyeva ona qarşı edilən dələduzluq nəticəsində 200 min manata yaxın pul itirib.
"Cebheinfo.az" pravda.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə “Günə bax” verilişində danışıb.
“Bir var, dələduz səni o qədər “işləyir” ki, pul özü çıxarır. Bir də var, sən onsuz da pulu yedirməyə meyillisən. Mən də yedirməyə meyilli olan tiplərdənəm. Bəlkə də, 200 min olar. Üst-üstə qoysaq, bu minvalla həddindən artıq çox pul itirmişəm. Belə olmağıma baxmayın, nə varsa, dilimdədir. Mən əslində saf insanam”.
"Cebheinfo.az"