Elgiz onları boykot etməyə səslədi - VİDEO

“Həm Röya Ayxanı, həm də Aygün Kazımovanı salarlar ayrı-ayrı qəfəslərə, deyərlər ki, sizə təqdim etdiyimiz bu bayağı və zövqsüz mahnını oxuyun, əgər oxumasanız, 50 il bu qəfəsin içində qalacaqsınız. İnanın, onlar o cür mahnını oxumamaq üçün 50 il o qəfəsdə qalmağa raza olarlar”.
Bu sözləri Elgiz Əkbər aparıcısı olduğu “Elgizlə izlə” verilişində deyib.
Elgiz həmkarlarını bayağı ifaçıları boykot etməyə səsləyib:
“Televiziya və radionun missiyası insanları maarifləndirmək, gündəmdə olan məsələləri işıqlandırıb, müzakirə etmək, insanların gündəlik qarşılaşdığı problemləri gündəmə gətirmək, dünyada baş verən hadisələri operativ şəkildə çatdırmaq, düşündürmək, əyləndirməkdir. O missiyalardan biri də insanların musiqi zövqünü formalaşdırmaqdır.
Efir vasitəsi ilə həmkarlarıma səslənirəm, təklif edirəm ki, bayağı, şit, səsi olmayan, amma ulduz kimi təqdim olunan ifaçıları boykot edək. Hamımız söz verək, onları efirə dəvət etməyək. Bu siyahıda mən birinciyəm. Qoşulursunuzsa, bunu edək, amma əgər bu tərəfdən qoşulub digər tərəfdən efirinizə həmin ifaçıları çağıracaqsınızsa, o zaman sözüm yoxdur”. (Olay)
"Cebheinfo.az"