Yeniyetmə qızı döyüb videoya çəkdilər - DİN araşdırır

Yeniyetmə qızı döyüb videoya çəkdilər - DİN araşdırır

Sumqayıtda yeniyetmə qızı döyüb, videoya çəkib, görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

"Cebheinfo.az" xəbər verir ki, həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.

Həmin şəxsin daha əvvəl də oxşar əməllər etdiyi bildirilir.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır:

“Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”.

Qeyd edək ki, sözügedən görüntülər şiddət tərkibli olduğundan həmin kadrları paylaşmırıq.

"Cebheinfo.az"