Tramp Ağ Evdə Corcia Meloni ilə görüşəcək

Aprelin 17-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Corcio Meloni arasında görüş planlaşdırılır.
Siyasətçilər yaxşı anlaşır və Avropada Meloninin səfərinə böyük ümidlər bəslənir. Çünki o, rüsumlar məsələsini həll edə bilər.
“Cebheinfo.az”-ın məlumatına görə, “Bild” nəşri belə yazır.
Lakin bunun üçün Tramp həmvətənlərinə qələbə kimi təqdim edə biləcəyi cəlbedici təklif verməlidir. Hazırda belə bir təklif hazırlanır.
Brüssel hökumətlərin ABŞ-dən daha çox silah və qaz almağa hazır olub-olmadığını yoxlamaq üçün Aİ paytaxtlarının mövqelərini sınaqdan keçirir.
“Corriere della Sera” qəzeti Roma və Berlinin buna hazır olduğunu yazıb.
Aİ-nin “Hazırlıq 2030” yenidən silahlanma proqramı çərçivəsində Amerika silahlarının alınması Avropa hərbi-sənaye kompleksinə üstünlük vermək planından kənara çıxdığını göstərəcək.Belə ki, bu ideyaya Paris tərəfindən əngəl törədilməzsə, Meloni Trampa bu sazişi təklif edə biləcək.Aİ-nin ticarət komissarı Maroş Şefçoviç ABŞ-nin Aİ ilə ticarət kəsirinin sıfıra endirilməsini amerikalı həmkarları ilə mümkün qədər tez müzakirə etmək üçün artıq Vaşinqtona gedib.
Müşfiq Abdulla
“Cebheinfo.az”