Türkiyə nümayəndə heyəti Xankəndi və Xocalıda olub - FOTOLAR 

Türkiyə nümayəndə heyəti Xankəndi və Xocalıda olub - FOTOLAR 

Türkiyə Respublikasının Kayseri şəhər rəhbərliyi, bələdiyyə sədrləri, ali təhsil müəssisələrinin rektorları, siyasi partiyaların Kayseri şəhər təşkilatlarının rəhbərləri və Kayseridən seçilmiş millət vəkillərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumta görə, səfər çərçivəsində qonaqlar Xankəndidə, Qarabağ Universitetində və Xocalıda olublar.

Qonaqları Prezidentin Xankəndi şəhərində yerləşən Xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Onlar Xankəndidə gedən yenidənqurma işlərini Zəfər meydanından izlədikdən sonra Qarabağ Universitetində tələbə heyəti ilə görüş keçiriblər.

Qonaqlar daha sonra Xocalı rayonuna səfər edib, orda aparılan tikinti-bərpa işləri ilə tanış olublar.

Xatırladaq ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin ən qədim şəhərlərindən biri olan Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.

"Cebheinfo.az"