“Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır”

“Kibertəhlükəsizlik - informasiya təhlükəsizliyidir. Hər kəs təhlükəsizliyi üçün fərdi məlumatlarını qorumalıdır. Çünki, kimdə smartfon varsa internetə çıxışı var”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.
Qurum rəsmisi bildirib ki, internetə çıxışı olan hər bir şəxs cinayətkarların tələsinə düşə bilər:
“Risk qaçılmazdır. Cəlbedici olan, bank kartlarınızda olan pul vəsaitləridir. Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır. Əks halda aldadıb pulunuzu oğurlayacaqlar”.
"Cebheinfo.az"