Türkiyəli deputat infarkt keçirdi: Əməliyyata alındı

Dünən axşam Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) deputatı Sırrı Sürəyya Öndər infarkt keçirib.
"Cebheinfo.az" xəbər verir ki, siyasətçi əməliyyata alınıb.
Onun vəziyyətinin kritik olduğu açıqlanıb. Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı DEM Partiyasının deputatı Pərvin Buldana zəng edərək Sırrı Sürəyya Öndər barədə məlumat alıb.
O, Öndər üçün dua etdiyini deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan isə Sırrı Sürəyya Öndərin son vəziyyətini öyrənmək üçün səhiyyə naziri Kamal Memişoğluna zəng edib.
Elmir Mustafa
"Cebheinfo.az"