Netanyahu Qəzzaya gedib - MÜHAFİZƏSİZ

Netanyahu Qəzzaya gedib - MÜHAFİZƏSİZ

İsrailin Baş naziri Benyamin Netanyahu dünən Qəzza zolağının şimalına səfər edib. 

“Cebheinfo.az” bu barədə “Times of Israel”-ə istinadən xəbər verir.

İctimai yayımçı Kan bildirib ki, Netanyahunu Qəzza zolağına səfəri zamanı əvvəlki səfərlərdə olduğu kimi, “Şin Bet”-in təhlükəsizlik rəsmiləri müşayiət etməyib.

Halbuki ənənəvi olaraq, İsrail Baş nazirinin səfər etdiyi əraziyə cavabdeh olan “Şin Bet”in nümayəndəsi onu müşayiət edir və qiymətləndirmə aparırdı.

Xəbərə cavab olaraq Netanyahunun ofisi deyib: “Bu, “Şin Bet”in səfəri deyil, hərbi səfər idi”.

“Şin Bet” zabitinin yoxluğu məxfi informasiyanın yayılmasına qoyulan qadağanın ləğv edildiyi günə təsadüf edib. “Şin Bet” zabiti oktyabrın 7-də kütləvi qırğınla bağlı araşdırma haqqında siyasətçilərə və jurnalistlərə məlumat sızdırdığı üçün saxlanılıb.

Bu, İsrail hökumətinin baş prokuror Qali Baharav-Miara və “Şin Bet”in rəhbəri Ronen Barı işdən çıxarmasından sonra ölkənin siyasi eşalonu ilə məhkəmə sistemi arasında gərginliyi daha da artırıb.

Xəzər
“Cebheinfo.az”