Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur - FOTOLAR

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur - FOTOLAR

Azərbaycan Astanada keçirilən II Mərkəzi Asiya Media Forumunda təmsil olunur.

"Cebheinfo.az" xəbər verir ki, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbir "Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişaf aləti kimi" mövzusuna həsr edilib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Mərkəzi Asiya mediası: Yeni inkişaf nöqtələri və əməkdaşlıq” mövzusunda panel sessiyada çıxışı zamanı bildirib ki, müasir dövrdə geosiyasi dinamikanın təsiri nəticəsində media mühiti sürətlə dəyişir və inkişaf edir, informasiya ictimai rəyə əhəmiyyətli dərəcədə təsir göstərir, siyasi diskursu yönəldir və ictimai-siyasi proseslərin idarəolunmasında müstəsna rol oynayır.

İcraçı direktor media savadlılığının artırılması, etik jurnalistikanın təşviqi və media sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin sürətlə dəyişən informasiya mühitində qlobal çağırışlara cavab vermək və cəmiyyətin dezinformasiyaya qarşı daha dayanıqlı olmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıdığını da vurğulayıb.

Forum aprelin 17-dək davam edəcək.

"Cebheinfo.az"