Obama Trampın təhdidinə reaksiya verdi

Obama Trampın təhdidinə reaksiya verdi

ABŞ-nin keçmiş prezidenti Barak Obama Tramp administrasiyasının Fələstin tərəfdarı etirazlara görə hədəf aldığı Harvard Universitetinə dəstəyini ifadə edib və bu addımları “qanunsuz və bacarıqsız” adlandırıb.

“Cebheinfo.az” xəbər verir ki, Obama Harvard rəhbərliyini ifadə azadlığını qorumaq istiqamətində göstərdiyi səylərə görə təqdir edib və akademik azadlığın müdafiəsinin vacibliyini vurğulayıb.

O, Harvard Universitetinin bu sahədə digər ali təhsil müəssisələrinə nümunə olduğunu bildirib:

"Bütün tələbələr intellektual araşdırma, mübahisə və qarşılıqlı hörmət mühitində təhsil almalıdırlar".

Qeyd edək ki, Barak Obama aprelin 3-dəki çıxışında da Tramp administrasiyasının universitetlərə qarşı təhdidlərini tənqid etmiş və tələbələrin ifadə azadlığının məhdudlaşdırılmasından narahat olduğunu bildirmişdi.

Xatırladaq ki, ABŞ-da Tramp administrasiyası Fələstin tərəfdarı olan şəhərcik etirazlarına və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına istinad edərək, Harvard da daxil olmaqla bir neçə universitet üçün federal maliyyəni dondurmaqla hədələyib.

Tramp administrasiyası həmçinin Harvard üçün 2,2 milyard dollar maliyyə və 60 milyon dollarlıq müqavilə haqqını dondurmaq qərarına gəlib.

Tramp bu gün sosial mediada da xəbərdarlıq edib ki, Harvard vergidən azad statusunu itirə bilər. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”